PUTİNİN İQTİDARINI İTİRMƏK TƏHLÜKƏSİ GÜCLƏNİR – ANALİTİK DƏHŞƏTLİ GEDİŞATI TƏHLİL EDİBbackend

PUTİNİN İQTİDARINI İTİRMƏK TƏHLÜKƏSİ GÜCLƏNİR – ANALİTİK DƏHŞƏTLİ GEDİŞATI TƏHLİL EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Putinin əsas hədəfi ilk növbədə hakimiyyətini qorumağa çalışması, ikincisi, Ukraynada işğal etdiyi 4 vilayətin administrativ sərhədlərinə çıxmaqdır. Əsas döyüşlər isə Luqansk, Donetski, Zaporojye, Xerson və Xarkovda getdi. Xarkovun 90%-ni Ukrayna azad edə bilib. Sonuncu ağır döyüşlər Baxmut, Soledarda gedirdi. Ukraynaya Qərbdən yağan yardımlar nəticəsində Soledar uğrunda ağır döyüşlər getsə də, rus ordusu Baxmut yolunu ələ keçirməkdə uğurlu ola bilmədi. Cənubda tək işğal etdiyi şəhər Xerson olsa da, artıq orda da nəzarəti itirmək üzrədir”. Bu təhlili Tribunainfo.az-la siyasi analitik Züriyə Qarayeva bölüşüb. Ekspertin fikrincə, bu durumda Putinin hakimiyyətini itirmək təhlükəsiz güclənir. “Ukrayna savaşı ilə dünyadakı zəifləyən imicini bərpa etməyə çalışan Rusiya, “qaş düzəltdiyi yerdə göz də çıxartdı”.

İndi isə atılan addımlar daha çox hakimiyyətin qurtarılmasına yönəlib. Hesab edirəm ki, ötən gün gecə 3 radələrində Kremlə hücum bu taktikanın bir parçasıdır. Kreml Kiyev rejimi tərəfindən zərbə cəhdini Qələbə Günü ərəfəsində Rusiya Prezidentinə qarşı sui-qəsd və planlaşdırılmış terror aktı kimi qiymətləndirir. Moskvanın tam mərkəzi, rəsmi binasına hücum əlbəttə ki, suverenliyinə təhdid və olduqca ciddi hücumdur. Lakin bu hücumu həqiqətən də Ukrayna edibmi? Məntiqsiz görünür. Əvvəla, uzaqmənzilli raketlərin Ukrayna ərazisindən Moskvaya qədər olan məsafəni qət etməsi mümkünsüzdür. İkinci tərəfdən, müharibənin taleyini öz xeyrinə dəyişə bilən Ukrayna ordusu üçün indi bu həmlə heç bir önəm daşımır. Hücumu Moskva planlaşdırmış ola bilərmi? Bir tərəfdən baxsaq, prezident sarayına hücum ölkəsinin imicinin kəskin şəkildə pozulması deməkdir. Dünyada liderlik uğrunda mübarizə aparan bir ölkə rəsmi binasının belə təhlükəsizliyini təmin edə bilmir.

Lakin onsuzda Rusiyanın müharibənin gedişinda beynəlxalq reputasiyasının hansı səviyyəyə endiyini nəzərə alsaq, yağışdan çıxanın yağmur qorxusunun olmadığını söyləmək olar”-deyə siyasi şərhçi bildirib. “Yəni, Putinin tək hədəfi olan hakimiyyətini qorumaq naminə saxta bayraq əməliyyatı keçirmiş ola bilər” deyən təhlilçi hesab edir ki, bu əməliyyat ona tam səfərbərlik üçün bəhanə, müharibənin mübahisələndirilməsinin qarşısının alınması, Ukraynaya daha ciddi hücum üçün zəmin hazırlanması, eləcə də, Qərbi Ukraynaya uzaqmənzilli raketlərin verilməsindən çəkindirmək üçün faydalı ola bilər: “Putinin həmin gecə Kremldə olmaması da bu arqumenti gücləndirir”.