PUTİNİN ƏLİYEVƏ JESTİNDƏKİ SİRR: AZƏRBAYCAN AVRASİYA İQTİSADİ BİRLİYİNƏ QOŞULUR? – TƏHLİLbackend

PUTİNİN ƏLİYEVƏ JESTİNDƏKİ SİRR: AZƏRBAYCAN AVRASİYA İQTİSADİ BİRLİYİNƏ QOŞULUR? – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti ilk dəfə qonaq qismində Avrasiya İqtisadi Birliyinin geniş tərkibli iclasında iştirak etdi. Rusiya lideri azərbaycanlı həmkarına jest edərək onunla birlikdə zala daxil oldu. Tribunainfo.az yazır ki, Azərbaycanda bu faktı ölkəmizin Avrasiya İqtisadi Birliyinə qoşulmağa hazırlığı kimi dəyərləndirir. Zaman-zaman rəsmi Moskva Azərbaycanın AİB-ə üzv olması arzularınıdilə gətiriblər. Eləcə də Gömrük İttifaqına qoşulmağa da çağırışlar olub. Hətta AİB-də müşahidəçi statusu qismində Azərbaycanın iştirakı arzulanıb. Lakin rəsmi Bakı Şərq-Qərb strateji qarşıdurmasında heç zaman tərəf olmayıb. Ona görə də bu tədbirdə iştirakı təşkilata üzvlüyə hazırlıq kimi qiymətləndirmək çox tezdir.
Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib”. Bu barədə Azərbaycan Prezidenti Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcminin daha 38 faiz artdığını söyləyən dövlət başçısı deyib: “Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük”.
Avrasiya İqtisadi Birliyi təsis ediləndə Azərbaycanın daxil olması təklif edilmişdi. Ancaq təşkilatda təməl prinsiplərdən biri sərhədlərin açılmasıdır. Həmin vaxt Bakı bəyan etdi ki, biz Ermənistanla münaqişədəyik və sərhədləri açmaq real deyil. Ona görə üzvlük baş tutmadı. İndi də real deyil. Azərbaycan bu birliyə qoşulmaq niyyətində görünmür. Bəzi analitiklərin fikrincə, Bakı bu qərarı Ukrayna müharibəsinin nəticələrindən asılı olaraq gələcəkdə verə bilər.