PUTİN XOCALIDA RUS SƏRKƏRDƏLƏRİNƏ NİYƏ ABİDƏ QOYDURUB? – ELXAN ŞAHİNOĞLUDAN SƏRT TƏPKİbackend

PUTİN XOCALIDA RUS SƏRKƏRDƏLƏRİNƏ NİYƏ ABİDƏ QOYDURUB? – ELXAN ŞAHİNOĞLUDAN SƏRT TƏPKİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbi kontingentinin Qarabağda rus sərkərdələrinə abidələrin qoyulması, Xocalıdakı qərargah otaqlarında divarlara sovet generallarının portretlərinin yapışdırılması, Şuşa ətrafındakı yollarda keçmiş SSRİ-nin bayraqlarının dalğalanması ideyası Kreml sahibi Vladimir Putinin şəxsi əmriylə əlaqəlidir.

Tribunainfo.az yazır ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidenti simvollara diqqət yetirən siyasətçidir:

“O keçmiş illərdə qonaqlarını Kreml sarayının o otaqlarında qəbul edirdi ki, həmin otaqdakı heykəl və ya şəkil xarici həmkarına Rusiya imperiyasının həmin dövlət üzərindəki qələbəsini xatırlatsın. Əslində bu şəkildə “qəbul” qonağını aşağılamaq mənası daşıyırdı. İşğal altındakı Xocalıda rus sərkərdələrinə büstlərin qoyulması da Putinin şəxsi təşəbbüsüdür. Ukraynada işğalçı müharibə vasitəsilə keçmiş imperiya sərhədlərini bərpa etməyi planlaşdıran şəxsin başqa ərazilərə də baxışı eynidir. Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan və torpaqlarımızın qalan hissəsini azad etdikdən sonra rus sərkərdəsi Aleksandr Nevskinin və digərlərinin Xocalıda büstlərinə ehtiyac qalmayacaq”.