“Putin” FİLMİ GÜNDƏM OLDU – Rusiya lideri diktator kimi təsvir olunub (VİDEO)backend

“Putin” FİLMİ GÜNDƏM OLDU – Rusiya lideri diktator kimi təsvir olunub (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellektlə hazırlanan “Putin” filminin treyleri böyük maraqla qarşılanıb.

 Tribunainfo.az xəbər verir ki, polşalı Patrik Veqanın rejissoru olduğu film Rusiya lideri Vladimir Putinin həyatından bəhs edir və 3 il ərzində ərsəyə gəlib.

Filmdə Putinin uşaqlığı, hakimiyyətə gəlişi, ABŞ ilə münasibətləri, Çeçenistan və Ukrayna müharibələri kimi mövzular yer alır. Bəzi səhnələrdə Rusiya lideri hətta uşaq bezində görünür…

Rejissor Patrik Veqa jurnalistlərə açıqlamasında filmlə bağlı öz fikirlərini bölüşüb.

O, hazırladıqları filmin müasir siyasətin ən mübahisəli simalarından birinin məqsəd və hərəkətərini ortaya qoyduğunu deyib.

“Bizim Putini 20 min səhnə üçün studiyaya dəvət etmək imkanımız yox idi. Buna görə də filmdə əsl insan modelinə əsaslanmadan sinematik xarakter yaratmaq üçün qabaqcıl süni intellekt texnologiyasından istifadə etdik”,-deyə o bildirib.

Qeyd edək ki, “Putin” filmi gələn ilin sentyabrında 35 ölkədə nümayiş olunacaq.