Putin əmr verdi: Rusiyadan nüvə silahı təlimibackend

Putin əmr verdi: Rusiyadan nüvə silahı təlimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə ölkənin “Cənub Hərbi Dairəsi”ndə nüvə silahından istifadə üzrə təlimə start verilib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkənin “Cənub Hərbi Dairəsi”ndə nüvə silahından istifadə ilə bağlı təlimlərə başladığını açıqlayıb.

Nazirlikdən verilən açıqlamada, “Rusiya Prezidentinin göstərişi və Baş Qərargahın rəhbərliyi ilə Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təlimin birinci mərhələsi başlayıb”.

Açıqlamada bildirilib ki, təlim çərçivəsində sözügedən bölgədəki hərbi birliklər “İskəndər” taktiki raket sistemi üçün lazım olan sursatları təyin olunan nöqtəyə çatdırıb və istifadəyə hazır olacaqlar.