Professor: “Belə davam edərsə, İstanbulda böyük su problemi yaranacaq”backend

Professor: “Belə davam edərsə, İstanbulda böyük su problemi yaranacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İstanbulda gözlənilən yağışın olmaması yay aylarında susuzluğun olacağı narahatlığına səbəb olub. 

Tribunainfo.az xəbər verir ki, anbarların ortalama doluluq nisbəti 35% olaraq açıqlanıb.

Boğaziçi Universiteti İqlim Siyasəti Araşdırma Mərkəzi Müdiri Prof. Dr. Levent Kurnaz quraqlığın təhlükəsinə diqqət çəkib:

“Belə davam edərsə, İstanbulda böyük su problemi yaşanacaq. Bu il yay mövsümü əvvəlki 3 ildən daha isti keçəcək. Son 2 ayda İstanbula ciddi yağıntı düşməyib və belə davam edir. Ümumilikdə Türkiyəyə nəzər salsaq, Türkiyə demək olar ki, ən quraq yanvar aylarından birini yaşadı. Ege bölgəsi, Samsun və Vandan başqa normal yağıntı alan heç bir yer yoxdur. Əvvəla, Mərmərə bölgəsi də daxil olmaqla, normal gözləntinin yarısından az yağış yağdı. Bu, çox ciddi quraqlıqdan xəbər verir. Bu belə davam edərsə, İstanbulu təmin edən digər su mənbələrində azalma ola bilər. Hazırda İstanbul nə öz bəndlərini öz suyu ilə doldurur, nə də bu bəndləri ətrafına düşən yağıntılarla doldurur”.