Prezidentin köməkçisi: Avropa Parlamenti Azərbaycana qarşı platformaya çevrilibbackend

Prezidentin köməkçisi: Avropa Parlamenti Azərbaycana qarşı platformaya çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün çalışırıq.

Tribunainfo.az -ın xəbərinə görə, bunu bu gün XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, hazırda beynəlxalq təşkilatların öhdəliklərini yerinə yetirməməsinin şahidi oluruq.

Onun sözlərinə görə, dünya COVID-19-un vurduğu təsirin qarşısını tam ala bilməyib.

Prezidentin köməkçisi Azərbaycanın peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etdiyini xatırladıb.

“Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Avropa Parlamentinin Azərbaycana qarşı islamafobiya platformasına çevrildiyini görürük”, – Hikmət Hacıyev vurğulayıb.

O qeyd edib ki, Azərbaycan öz təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək.