PREZİDENTİN BU MÖHTƏŞƏM ADDIMI… – HÜQUQ MÜDAFİƏÇİSİNDƏN ƏFV FƏRMANINA REAKSİYAbackend

PREZİDENTİN BU MÖHTƏŞƏM ADDIMI… – HÜQUQ MÜDAFİƏÇİSİNDƏN ƏFV FƏRMANINA REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il əfv Sərəncamının imzalanması ilə yüzlərlə, ümumilikdə isə minlərlə insanın azadlığa qovuşmasına səbəb olacaq bir addımın atılması və bunun bir ənənə halına çevrilməsi məhz Ulu Öndər tərəfindən qoyulub. Biz hazırda cənab İlham Əliyev tərəfindən əfv Sərəncamının imzalanması ilə bağlı möhtəşəm prosesləri izləyirik və bu gün artıq bu reallaşdı. Biz həm də gözləyirdik ki, bu dəfəki sərəncam digərlərindən sayına görə və kəmiyyətinə görə daha geniş olacaq. Və bu belə də oldu.

Bu sözləri Tribunainfo.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə 801 nəfərin əfv edilməsi ilə bağlı danışarkən deyib. O qeyd edib ki, əfv institutu tarixində ilk dəfədir ki, 801 nəfər məhkum, azadlıqdan məhrum edilmiş və cəzasının yarısını çəkməmiş şəxslər bu sərəncamın təsir dairəsinə düşür:

“Bunlardan 463 nəfəri azadlıqdan məhrumedilmiş şəxsslərdir, 220 nəfəri cəzasının çəkilməmiş hissəsinin yarısından azad olundular, 118 nəfər isə azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəzalardan azad olunmaqla ümumilikdə 801 nəfərin biz bu gün azad olduğunu gördük.

Biz hüquq müdafiəçiləri bu cur humanist addımları həmişə alqışlamışıq. Bugünkü əfv Sərəncamı daha çox məhbusu əhatə etdiyinə görə cənab Prezidentə öz təşəkkürümüzü bildiririk. Hesab edirik ki, bu addım təkcə bu gün əfv edilən 801 nəfəri deyil, onların ailə üzvlərinin, qohumlarının, dostlarının da sevincinə səbəb olub, onlar hamısı cənab Prezidentə təşəkkür edir. 801 nəfər əfv edilsə də bu minlərlə insanın sevinci deməkdir”.