Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıbbackend

Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Kürdəmir rayonunun Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,7 milyon Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.