backend

Prezident: “BMT-ni yandıracam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin prezidenti Rodriqo Duterte onun məhkəmədə cavab verməsini istəyən BMT-nin İnsan Haqları üzrə komissarı Zeyd Raad El Hüseynə “axmaq” deyib. Filippin prezidenti Rodriqo Duterte onun məhkəmədə cavab verməsini istəyən BMT-nin İnsan Haqları üzrə komissarı Zeyd Raad El Hüseynə “axmaq” deyib.

TİA.AZ xəbər verir ki, El Hüseyni təhqir edən Rodriqo BMT-nin diplomatiyadan başı çıxmadığını deyib.

“Bu adam ya zarafat edir, ya da axmaqdır. Axmaq, mənə nə edəcəyimi öyrətmə. Sənə bu haqqı kim verdi? Məktəbinə geri qayıt. BMT diplomatiyanı bilmir. BMT-nin əməkdaşı olaraq necə davranacağını bilmirsən. Mənimlə bu formada danışa bilməzsən”, – deyə o, El Hüseynə təhqir dolu ifadələr yağdırıb.

Qeyd edək ki, Rodroqo Duterte prezident olduğu müddətdə üç narkobaronu şəxsən öldürdüyünü etiraf edib. Bu ifadədən sonra Zeyd Raad El Hüseyn onun məsuliyyətə cəlb olunmasını tələb edib.

R.Dutertenin qalmaqallı fikirləri bununla bitməyib. Filippin prezidenti BMT-ni yandırmaqla hədələyib.

“BMT-yə şikayətə gedə bilərsiniz. Əgər Amerikaya getsəm, BMT-ni yandıracam”, – deyə o bildirib.

Onun belə çıxış etməsinə səbəb isə BMT komissarı Zeyd Raad El Hüseynin tələbindən sonra Filippindəki hüquq müdafiəçilərinin də buna qoşulması olub. Hüquq müdafiəçiləri BMT-yə müraciət edərək, narkobaronların öldürülüməsini tələb ediblər. Məlumata görə, R.Duterte hakimiyyətə gələndən sonra ölkədə narkotik ticarəti ilə məşğul olan 6 mindən çox insan öldürülüb.