Poroşenko istintaqa getməkdən imtina etdibackend

Poroşenko istintaqa getməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bunu xüsusi təhqiqatlar üzrə idarənin rəisi Sergey Qorbatyuk bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Avromaydan zamanı insanların ölümü ilə bağlı şahid qismində istintaqa çağrılıb.

Müstəntiq “112 Ukrayna” telekanalının efirində daha sonra deyib:

“Təəssüf ki, gördüyünüz kimi, şahid sorğulanma üçün gəlmədi. Müstəntiqlə heç kim əlaqə qurmayıb. İstintaqa gəlməməsinin səbəblərini açıqlamayıb, sorğu-sual gününün vaxtını dəyişdirməyi xahiş etməyib”.

Sergey Qorbatyukun sözlərinə görə, müstəntiqlər P.Poroşenkonu ona görə çağırıblar ki, o, çıxışlarında əvvəllər heç yerdə danışılmayan yeni məlumatlara malik olduğunu açıqlayıb.