Polisin Yaşma bağlarındakı əməliyyatından ANBAAN GÖRÜNTÜLƏR – VİDEObackend

Polisin Yaşma bağlarındakı əməliyyatından ANBAAN GÖRÜNTÜLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Xəzər dənizinin İran sahillərindən Azərbayacana narkotik gətirən mütəşəkkil dəstə ifşa olunub.
DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarinın keçirdikləri əməliyyat nəticəsində Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş şəxslər – Elşad Əliyev və Zakir Nağıyev saxlanıblar.
Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd “Metadon M40” həbi aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, Elşad Əliyev və Zakir Nağıyev vaxtaşırı olaraq “Rəsul”, “Rza” və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətiriblər. Həmin narkotikləri əldə edəndən sonra Bakı şəhərində ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməli imişlər.Onlar şübhə oyatmamaq üçün ilk baxışda hbalıqçı görüntüsü yaradıblar. Araşdırmalarla onların dəniz yolu ilə gətirilən narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olmaları müəyyən edilib.
Elşad Əliyev və Zakir Nağıyev ifadələrində dəfələrlə İrandan xüsusi katerlərlə dəniz vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Xəzər rayonu Zirə qəsəbəsində “qartalın burnu” kimi tanınan yerə göndərilən narkotikləri xüsusi texniki vasitələrdən istifadə etməklə əldə etdiklərini və satışını həyata keçirdiklərini bildiriblər.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Dəniz yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin daxildə və xaricdəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.