PESKOV: “RUSİYA QARABAĞ MƏSƏLƏSİNDƏ VASİTƏÇİDİR, TƏRƏFLƏRDƏN TƏMKİN GÖZLƏYİR”backend

PESKOV: “RUSİYA QARABAĞ MƏSƏLƏSİNDƏ VASİTƏÇİDİR, TƏRƏFLƏRDƏN TƏMKİN GÖZLƏYİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi qeyd edib ki, Ermənistan və Rusiya liderləri Moskvada ER baş nazirinin Qələbə bayramı münasibətilə gəldiyi Moskvada ayrıca söhbət ediblər.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Rusiya Qarabağda vasitəçi kimi çıxış edir, Azərbaycan və Ermənistandan təmkin gözləyir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bilirsiniz ki, təmaslar davam edir, sözün əsl mənasında, srağagün Putin Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın baş naziri Paşinyanla ayrıca söhbət edib, Azərbaycan tərəfi ilə təmaslar davam edir”, – Peskov bildirib.

Eyni zamanda o qeyd edib ki, İrəvanla Bakı arasında yeni gərginlik fonunda hazırda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında təmaslar planlaşdırılmır.
Rusiya liderinin mətbuat katibi onu da vurğulayıb ki, Moskva üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməkdə davam edəcək.