PAŞİNYANIN QOHUMUNU “PƏRVANƏ” RESTORANINDA QANINA QƏLTAN ELƏDİLƏRbackend

PAŞİNYANIN QOHUMUNU “PƏRVANƏ” RESTORANINDA QANINA QƏLTAN ELƏDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gümrüdəki “Pərvanə” restoranında hakim “Mülki Müqavilə” partiyasının nümayəndələrinin ziyafətə qatıldığı zaman insident baş verib. Tribunainfo.az xəbər verir ki, bu barədə Aravot.am məlumat yayıb.
Burada Gümrü şəhərinin birinci vitse-meri Artur Papikyanın köməkçisi Narek Beqzadyanın ad günü, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qohumu, 28 yaşlı stomatoloq Vaaqn Mkrtçyanın Gümrü şəhərinin vitse-meri vəzifəsinə təyin olunması qeyd edilib.
Nəşrin yazdığına görə, əvvəlcə parlament nümayəndələri arasında mübahisə və əlbəyaxa dava düşüb. Restoran rəhbərliyi məsələyə müdaxilə etməyə çalışıb, lakin onunla da mübahisə yaşanıb. Əlbəyaxa dava zamanı Akopyanın qohumunun döyüldüyü bildirilir.

Tribunainfo.az