Paşinyanın 30 yaşlı “başkəsən” naziri – Arpin Sarkisyan xüsusi qəddarlığı ilə tanınır…

Paşinyanın 30 yaşlı “başkəsən” naziri – Arpin Sarkisyan xüsusi qəddarlığı ilə tanınır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan sinif yoldaşı və yaxın dostu Vahe Qazaryanı Daxili işlər naziri postundan istefaya göndərdikdən sonra onun yerinə nazir müavini, 30 yaşlı xanım Arpin Sarkisyanı təyin edib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Sarkisyan daxili işlər naziri kimi polis, xilasetmə və miqrasiya xidmətlərini koordinasiya edəcək. O, 22 yaşında, 2016-cı ildə Serj Sarkisyanın prezidentliyi dövründə ədliyyə nazirinin müavininin köməkçisi olub. 2019-2022-ci illərdə Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, korrupsiyaya qarşı mübarizə orqanlarının əlaqələndirilməsi, Polis İslahatlar Qrupuna rəhbərlik edib, Polis İslahatı Strategiyasının həyata keçirilməsində və Daxili İşlər Nazirliyinin yaradılmasında iştirak edib. 2022-ci ilin yanvarından Baş nazir Paşinyanın qərarı ilə Arpin Sarkisyan ədliyyə nazirinin müavini, 2023-cü ildə isə daxili işlər nazirinin müavini təyin edilib.

Nazir müavini vəzifəsində tez-tez qanunun aliliyinin, polisdə islahatların aparılmasının, güc tətbiqi standartları tətbiqinin vacibliyindən danışan Sarkisyan, polisin hərəkətlərinə, xüsusən də iyunun 12-də İrəvanda Baqramyan-Dəmirçyan küçələrinin kəsişməsində mitinqin polis zoraklığı ilə dağıdılmasına bəraət qazandırıb. Hökumətə qarşı həmin aksiyada 100-dən çx insan xəsarət almışdı.

Yerli media yazır ki, parlamentin qarşısında baş verən qarşıdurmadan üç ay keçməsinə baxmayaraq, hələ də işdə təqsirləndirilən polis əməkdaşı yoxdur.

“Polisin yaranmış vəziyyəti qiymətləndirmək və onların arsenalında ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün hansı vasitələrin zəruri və yetərli olacağını anlamaq imkanı var”, – deyə Sarkisyan bildirib. Eyni zamanda, o, ötən ilin mayında “qırmızı beretlilər” dəstəsinin müxalifət deputatını kameralar qarşısında döyməsinə münasibət bildirməkdən imtina edib.

Bundan başqa yeni nazir bu il mayın 28-də polisin bütün ermənilərin katolikosunun Sardarapat memorial kompleksinə girişini əngəlmək üçün kordon yaratmasına da haqq qazandırıb.

Yeri gəlmişkən, Arpin Sarkisyan ictimai yerlərdə kameraların quraşdırılması ilə bağlı qalmaqallı layihənin tərəfdarlarından biri olub. Polisə iş adamlarını 24 saat videomüşahidə və onlayn çıxışla təmin etməyi məcbur edən bu qanun layihəsi şəxsi həyata və digər hüquqlara mane olduğu üçün beynəlxalq hüquq müdafiə təşkilatlarının təzyiqi ilə dondurulub. Qanun layihəsi parlamentdə birinci oxunuşdan keçmişdi.

Yerli media yazır ki, yeni təyin olunmuş daxili işlər nazirinin atası Aşot Sarkisyan Respublikaçılar Partiyası iqtidarı dövründə korrupsiyada ittiham edilib. “Joqovurd” qəzeti yazıb ki, nazirin atası Müdafiə Nazirliyinin tədarükçüsü olub. O, avadanlıqları bazar qiymətindən xeyli baha qiymətə adıçəkilən nazirliyə satıb.

Arpine Sarkisyan hələ daxili işlər nazirinin müavini vəzifəsində olarkən atasının korrupsiya işindən danışaraq onun Apellyasiya Məhkəməsində bəraət aldığını və özü tərəfindən həmin vaxt məhkəməyə heç bir təsir olunmadığını iddia edib.