Paşinyan Qarabağ ermənilərinin Bakıya gəlməsini istəmirbackend

Paşinyan Qarabağ ermənilərinin Bakıya gəlməsini istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ ermənilərinə Bakıda danışıqların davam etdirilməsi ilə bağlı təklifinə münasibət bildirib.

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

“Artıq təşəbbüsə yekun cavab verilib. Qeyd olunub ki, danışıqlar eyni formatda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə, eyni yerdə aparılmalıdır”, – deyə Ermənistan baş naziri söyləyib.

Qeyd edək ki, Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub. Bundan öncə ilk görüş Xocalıda baş tutub.