PAŞİNYAN ÖZ MÖVQEYİNƏ AYDINLIQ GƏTİRDİbackend

PAŞİNYAN ÖZ MÖVQEYİNƏ AYDINLIQ GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat konfransında Nikol Paşinyan Qarabağla bağlı mövqeyinə aydınlıq gətirib.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, ER hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrini təkrarladı.

Paşinyan əlavə edib ki, “86 min 600 kvadrat kilometr əraziyə Dağlıq Qarabağ da daxildir, lakin qeyd edək ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Xankəndi formatında müzakirə olunmalıdır”.

“Mən bunu daha da konkretləşdirdim: RA Azərbaycanın 86,6 min kv. km ərazi bütövlüyü… Əgər biz Azərbaycanla bu məsələdə bir-birimizi düzgün başa düşürüksə, Ermənistan bəli, Azərbaycanın 86,6 min kvadratmetr ərazisini tanıyır. Ermənistanın 29 800 kv. km ərazisi var”, – deyə o bildirib.
“Qarabağ ermənilərinin hüququnu qorumaq (öz müqəddəratını təyinetmə) erməni xalqının hüququnu qorumaq deməkdir”, – deyə yekunlaşdırıb.