Paşinyan: Bəli, Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyırıq, bura Qarabağ da daxildirbackend

Paşinyan: Bəli, Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyırıq, bura Qarabağ da daxildir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir.

Tribunainfo.az  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

O həmçinin, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu qeyd edib.

“Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyır”, Baş nazir mətbuat konfransında deyib.