Papa 34 ildir ki, televizora baxmır – SƏBƏBbackend

Papa 34 ildir ki, televizora baxmır – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2013-cü ildə vəzifəyə başlayan Papa Fransisk verdiyi açıqlamalar və qatıldığı tədbirlərlə zaman-zaman gündəmə gəlir. Bir çox insanın fikrincə, katolik dünyasının ruhani lideri əvvəlki papalardan fərqli profil çəkir. Onun ən diqqət çəkən xüsusiyyətlərindən biri də 34 ildir televizora baxmamasıdır. İllər sonra həqiqəti özü söylədi.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Argentinada anadan olan və 13 mart 2013-cü ildə 266-cı Papa seçilən Xorxe Mario Berqoglio, sələflərindən fərqli üsluba sahib olması ilə məşhurdur.

Frensis şəxsi həyatında verdiyi qərarlarla da diqqət çəkir. 1990-cı ildə verdiyi qərardan bəri, Frensis 30 ildən artıqdır ki, televizora baxmır . Bəs, Fransisin qərarının arxasında nə dayanır?

“Həyat: Tarix boyu hekayəm” kitabında öz həyatı haqqında yazan Papa Fransisk televiziyaya baxmamaq qərarını da qeyd edib. 15 iyul 1990-cı ildə bu qərarı verdiyini bildirən Papa Fransisk, bu qərarın arxasında televiziyada yayımlanan ədəbsiz məzmunun dayandığını açıqladı.