Avami Müsəlman Liqasının (AML) lideri və keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhmədin Pakistanda saxlanıldığı bildirilib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, keçmiş baş nazir İmran Xana yaxın simalardan olan Əhməd paytaxt İslamabada bitişik Ravalpindi şəhərindəki evində saxlanılıb.
Əhmədin vəkili Serdar Abdul Razak bildirib ki, AML lideri Əhmədin nə üçün saxlandığı və hara aparıldığı məlum deyil.
Əhmədin saxlanması ilə bağlı polis hələlik açıqlama verməyib.