Pakistan qırıcıları Prezidentin təyyarəsini müşayiət etdi – Videobackend

Pakistan qırıcıları Prezidentin təyyarəsini müşayiət etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev bu gün Pakistana işgüzar səfərə yollanıb.

Tribunainfo.az xəbər verir ki, Pakistanın hava məkanında Prezidentin təyyarəsini ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri müşayiət edib.

Bu barədə məlumatı isə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında paylaşıb.

Qeyd edək ki, Pakistan mediası İlham Əliyevin iyulun 11-12-də Pakistanda səfərdə olacağını yazıb.

***

Azərbaycan Prezidentinin Mətbuat Xidməti də səfərlə bağlı məlumat yayıb.

Bildirilib ki, İlham Əliyev Pakistan İslam Respublikasında səfərdədir.

Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.

Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.

Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.