Bura Gözəl Lənkəranın Elmi kitabxanasıdır. Bu bölmədə mistik bir abu-hava var.. oradakı kitab sayı qədər müəllif də köçüb bu dünyadan. Sanki hər kitab müəllifinin iç səsini pıçıldayır- eşidənə..
Məzar daşı kimi boy-boy düzülən kitablar hələ də tarixdə ölməyən müəlliflərinin yaşadığını isbat etmək üçün xüsusi kitab qoxusu hazır edir sanki..
Tək qalmaq istəyəndə səssizlik olsa da adam özünü orada tək hiss etmir. Elə bil , M.Ə.Sabir də, Axundov da, İ.Qutqaşınlı da, İ.Əfəndiyev , M.Müşfiq də; Nizami,Füzuli,Nəsimi hətta Puşkin, Şekspir , Tolstoy , Dostoyevski və s. Hamısı səninlədir. Səni izləyirlər kənardan sanki..
Yaşlı nənələrin özûnəməxsus şirintəhər bədən qoxusu olur haa, baxın kitablardan həmin o qoxu gəlir. Qocalmış,üzü qırışmış, qoxusu isə tazələnmiş o nənələr yada düşür bu mistik məkanda. Bircə çatışmayan ağrılı əsas bir tərəfi var- nənələr qırışmış dəridə olsalar da ,kitabların çoxu o qırışa həsrətdir sanki.. gözləməkdən saralıb solub. Saralmaq deyirəm e sizə. Ümid nə rəngdə olur bilirsiz? Sarı olur, sarı..
Sarı ümidin rəngidi! Ümidlə gözləyən kitablar da gözləməkdən saralıb. Qırışlanmaq üçün günü aya satırlar. Amma çifayda.
Yaşlı nəsil ya tükənib deyə, ya dolanışıq dalınca gedir deyə, ya da gözləri görmə funksiyasını itirib deyə ; gənc nəsil isə mütaliənin nəinki yaxasını, elə ətəyini də buraxıb deyə, hamı ingilis dili öyrənmək vurnuxmasındadır deyə kitabxana öləcəkmiş kimi baxır adama.
Çox az sayda oxucu gəlir. Üzücüdür. Oxuyun da ..heç olmasa gedin açıb baxın qapağını. Bəlkə bir tanışınızı görüb bir hekayəlik qarşılaşmanız baş tutar?!
Bilirsiz nəyə bənzəyir o kitablar?? Düşünün ki, siz doğum günü yaxınlaşan həmin o nənəsiz – qeyd olunacağını gözləyirsiz. Həmin gün sizi yaşlılar evinə aparıb qoyurlar.Qoxun da ki kimsəyə maraqlı gəlmir. Sən də ölmək üçün geriyə doğru sayırsan: 100.. 99.. 98.. 97… 96…
Banu Muharrem
Tribunainfo.az