Övladlarınızı bu cizgi filmindən qoruyun – 12 min uşaq… XƏBƏRDARLIQ

Övladlarınızı bu cizgi filmindən qoruyun – 12 min uşaq… XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pikaçu və Aşın macəralarını izlədiyimiz “Pokemon” cizgi filmi 1997-ci ildə Satoşi Tajiri tərəfindən yaradılmışdır. Ancaq hər bölümü ilə əfsanəvi sayıla biləcək bu cizgi filmi göründüyü qədər məsum olmaya bilər!

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, nəşr edilərkən böyük təsir bağışlayan Pokemon 685 uşağın epilepsiya tutması keçirməsinə səbəb olub, 12 min uşağı xəstəxanaya yerləşdirib.

Fərqli personajları ilə təxəyyülümüzə daxil olan və hər bölümü macəra və həyəcanla dolu olan bu cizgi filmi ilk olaraq “The Pokemon Company” tərəfindən idarə olunan Yapon mənşəli bir video oyunu olaraq həyatımıza daxil oldu. Qısa müddət sonra komiks çəkildi və 1995-ci ildə Satoşi Taciri tərəfindən cizgi filminə çevrildi və evlərimizin təməl daşına çevrildi. Ancaq bir çoxlarımızın uşaqlıq arzusu olan Pokemon göründüyü qədər məsum deyildi. Nəşr edildikdən iki il sonra, 1997-ci ildə Yaponiyada 685 uşaq epileptik tutma keçirdi, on minlərlə uşaq isə xəstələndi. Ədəbiyyatda “Pokemon Şoku” və ya “Pokemon Effekti” kimi tanınan bu hadisəyə nə səbəb oldu?

Tarix 6 dekabr 1997-ci il idi. Yaponiyada vaxtaşırı yayımlanan Pokemonun ilk sezonunun 38-ci bölümü tamaşaçılara təqdim olunub. Ekrana yapışmış uşaqlar Pikaçunun hücum səhnəsinin şahidi olublar. Cizgi filminin iyirminci dəqiqəsində “paka paka” kimi tanınan animasiya texnikası ilə nümayiş etdirilən partlayış baş verib. Bu səhnədə 6 saniyə ərzində çox sürətlə yanıb-sönən qırmızı və mavi işıqlar yayıldı. Epizodu izləyən 685 uşağın ailələri övladlarını görəndə narahat olublar.

Hadisədən sonra həmin bölüm bütün dünyada qadağan edilib.

 

Dəniz