ORDUMUZ SƏRHƏDƏ HƏRBİ TEXNİKA YIĞIR…? ERMƏNİ MEDİASININ DEZİNFORMASİYALARININ SƏBƏBİ…backend

ORDUMUZ SƏRHƏDƏ HƏRBİ TEXNİKA YIĞIR…? ERMƏNİ MEDİASININ DEZİNFORMASİYALARININ SƏBƏBİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mediası və teleqram kanallarının iddiasına görə, Azərbaycan Ordusu Qarabağa və sərhədə canlı qüvvə-hərbi texnika toplayır. Azərbaycan Ordusunun Qarabağda, yaxud sərhəd bölgəsində hansısa hərəkəti suveren hüququdur və hərbi birləşmələrin daim yerdəyişməsi, xüsusilə hərəkət istiqamətini fəsilə uyğun seçməsi təbii haldır. Lakin Azərbaycanın hazırda hərbi birləşmələrin yeni dislokasiyası haqda heç bir mənbədə məlumat yoxdur. Bu kontekstdə sual yaranır: ermənilərin iddiasının arxasında hansı plan var?
Tribunainfo.az-ın məlumatına görə, bu suala geniş formada cavab verən siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, hazırda əsas mövzu Qarabağdakı erməni əhalisinin Azərbaycana inteqrasiyası prosesidir:

“Xocalıda ilk təmas quruldu, daha sonra Prezident Administrasiyası növbəti görüşün Bakıda keçirilməsi təklifini irəli sürdü. Qərbdə dəstəklənən bu proses erməni əhalisinin adından çıxış etməyə çalışan Xankəndindəki separatçıları beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə salıb: görüşə gəlmək inteqrasiya məsələsini qəbul etmək deməkdir; görüşdən imtina onları legitim hədəfə çevirir;

Bu vəziyyətdə separatçılar üçün yeganə çıxış yolu hərbi eskalasiyanın baş verməsidir, bununla beynəlxalq ictimaiyyətə özlərini “tərəf” kimi, Azərbaycanı isə “təcavüzkar” kimi göstərmək, həmçinin, erməni əhalisi arasında inteqrasiya prosesini dəstəkləyənlərin mövqelərini zəiflətmək istəyirlər”.

A.Nərimanlı bildirib ki, Ermənistan sərhəddə yeni toqquşmanın baş verməsində maraqlıdır:
“Rusiyanın, ümumilikdə KTMT-nin Ermənistanın təhlükəsizliyində heç bir rol oynamadığını bir daha göstərəcəklər
Avropa İttifaqının müşahidə missiyasını ölkəyə gətirməklə doğru qərar verdiklərini praktiki olaraq nümayiş etdirəcəklər;
Aİ-nin müşahidə missiyasına “Azərbaycan təcavüzkardır” iddiasını əyani şəkildə izlədəcəklər;
Laçın yolunda Bakıya qarşı nail ola bilmədikləri beynəlxalq təzyiqi sərhəd toqquşmasında “Ermənistan ərazilərinə müdaxilə” iddiası ilə yenidən gündəmə gətirəcəklər;
“Azərbaycan Qarabağa və sərhədə qoşun toplayır” iddiasının tirajlanmasın arxasında bu plan var”.