Sabiq Səhiyyə naziri Oqtay Şirəliyevı məxsus “Zeytun Pharmaceuticals” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, aparılan yoxlama zamanı dərman firmasının İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.3-cü maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Dərman firması ilə bağlı işə Nizami Rayon Məhkəməsində 30 iyul tarixində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
Nigar