“Ölüm marketləri” – insanlığı yavaş-yavaş öldürəcək – ALİMLƏRbackend

“Ölüm marketləri” – insanlığı yavaş-yavaş öldürəcək – ALİMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ultraemal olunmuş qidalar insanları zamanla yavaş-yavaş öldürür.
Hazırda marketlərdə ərzaq yox, ölüm ticarəti edir.
“Medicina” xəbər verir ki, alimlər 10 milyon amerikalının qidalanmasını izləməklə apardıqları böyük araşdırmanın nəticəsində bu qərara gəliblər.

Hazırda rasionlarda ən çox istifadə olunan ultra emal olunmuş, termiki işlənmiş qidalar orqanizmdə 30 neqativ effekt yaradır və erkən ölüm səviyyəsini artırır.
Əsas təhlükə ürək-damar, beyin və maddələr mübadiləsi sistemlərini əhatə edir.
1990-cı illərdən sonra keçmiş SSRİ ölkələri qərb və ABŞ qidalanma tərzinə keçib.
Fastfud, kafe, restoran, market qidaları,müxtəlif qəlyanaltılar, yeməklə birgə qazlı içkilər, duzlu qidalar əslində görünən tərəfdir.
Ultraemal olunmuş qida qida sənayesində ciddi termiki prosesdən keçən qidadır: bunlara təmizlənmə, rafinə edilmə, xırdalanma, ekstraksiya, dadlandırma, E əlavələr, kimyəvi qatqılar, paketlənmə və s. aiddir.
Ultra qidalar bu gün marketə girdinizdə rəflərdə düzülən qidalar- ət məhsulları, pendirlər və hətta sağlam bildiyiniz süd məhsullarıdır.
Qutuya paketlənmiş, rəf ömrü 1-2 il olan bütün qidalarda qida əlavələri var. Hisə verilmiş toyuq filesi, konservlər E əlavələrlə doludur.
İşləyən qadınların vaxtı az getsin deyə, dondurulmuş yarımfabrikat qidalar belə, görünüşü evsayağı olsa da, ultra emal olunmuş hesab edilir.
Bura xəmir, balıq, ət, toyuq, kotlet, pelmeni, naqqets, tez hazırlanan bulyon, şorba, sıyıqlar, blinçik, pirojki, çudu və s. də aiddir.
Ağ undan hazırlanmış yüksək sort çörk də ultra qida hesab olunur.
Konfetlər, şokoladlar, marmeladlar, vaflilər də siyahıya daxildir.
Süd məhsulları rəflərində də ultra məhsullardır: yoqurtlar, südlər, kefir, qatıq, yağlar, pendirlər, yumşaq və ərinmiş pendirlər və s.