Ölmüş qadın cənazə evində dirildi – ŞOK DETALLARbackend

Ölmüş qadın cənazə evində dirildi – ŞOK DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nebraska ştatında qaldığı qocalar evində öldüyü elan edilən qadının daha sonra aparıldığı cənazə evində sağ olduğu məlum olub.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Dəfn salonundakı işçilər 74 yaşlı qadının hələ də nəfəs aldığını görüb və ürək masajı etdikdən sonra təcili yardım xəttindəki səlahiyyətlilərə məlumat verib.

Qadın Constanze Glantz iki saat əvvəl yaxınlıqdakı qocalar evinin əməkdaşları tərəfindən öldüyü elan edilib.

Qlantz daha sonra xəstəxanaya aparılıb. Hadisəni araşdıran polis bildirib ki, qocalar evi əməkdaşlarının cinayət niyyətinə dair heç bir sübut yoxdur.

“Bu, çox qeyri-adi bir hal idi. Mən 31 ildir işdəyəm və heç vaxt belə bir vəziyyət görməmişəm”, – zabit Ben Huçin deyib.

Huçin bildirib ki, Qlants xəstələrin müalicə oluna bilməyəcəyi şöbədə olduğu və ölümünün gözlənildiyi üçün məhkəmə tibb işçisi göndərilməyib.

Bundan əlavə, Ben Huçin “son yeddi gündə bir həkim xəstəni gördüyünü və həkimin ölüm şəhadətnaməsini imzalamağa hazır olduğunu” vurğulayaraq, “Ölüm zamanı heç bir şübhəli halın olmadığını” deyib.

Qlantzın hazırkı sağlamlıq durumu məlum olmasa da, ailəsinə məlumat verildiyi qeyd edilib.