Azərbaycanda “Sükut Günü” başlayıb. Bu gündən prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası dayandırılır. Tribunainfo.az yazır ki, sabah Azərbaycan xalqı prezidentini seçəcək. Ölkəyə daha 7 il rəhbərlik edəcək şəxs sabah elan olunacaq. Seçkidə iqtidar namizədi İlham Əliyev favoritdir.
Digər namizədlərin şansları aşağı dəyərləndirilir. Siyasi ekspert saytımıza Ramiyə Məmmədova bildirib ki, seçki kampaniyası başa çatsa da, insanlar 7 fevraldan sonra hansı dəyişikliklər olacağını gözləyir. Təhlilçi belə qənaətdədir ki, yeni Nazirlər Kabineti formalaşacaq: “Zəfər seçkisindən sonra yeni dövr başlanır. Bu, Qarabağa qayıdış, iqtisadi inkişaf və islahatların yeni mərhələsinin başlanması dönəmi olacaq”.