Ölkədə doğum sayı hər ötən illə müqayisədə daha da azalır və bu heç də yaxşı hal deyil.
Tribunainfo.az xəbər verir ki, bu problemi pediatr Vaqif Qarayev gündəmə gətirib. O bildirib ki, kişi sonsuzluğu da ilbəil daha da artır:
“Eiraf edək ki, bizdə ailə əksər hallarda nəsil artırmaq üçün qurulur. İndi vəziyyət kökündən dəyişib. Evlənmək istəyən azdır, boşanma isə çox.
Səbəb kimi gəlirlərin az olması, mənzilsizlik və s. Problemlə göstərilir. Ancaq 90-larda sosial vəziyyət indikindən qat-qat çətin olsa da doğum sayı azalmırdı.
Bu, çox ciddi müzakirə olunub qərar çıxarılası məsələdir”.
Nigar İxtiyarqızı