Nəsimidə “Qadınların güclənməsi bəşəriyyətin güclənməsidir” adlı tədbir keçirildi – Fotolarbackend

Nəsimidə “Qadınların güclənməsi bəşəriyyətin güclənməsidir” adlı tədbir keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Qadınların güclənməsi bəşəriyyətin güclənməsidir” adlı tədbir keçirilib.

Tribunainfo.az xəbər verir ki, tədbirdə Millət vəkilləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar və şəhid ailələri iştirak ediblər.

Tədbiri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq iştirakçıları bayram münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycan Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın icrası ilə əlaqədar Nəsimi rayonu üzrə Tədbirlər Planı hazırlanmış və il ərzində müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Çıxış edən şəhid Ruslan Cəfərovun anası Alimə Cəfərova bildirdi ki, bütün şəhidləri öz övladı hesab edir, ona görə də bütün şəhidlərin valideynləri adından, öz adımdan sizə minnətdarlıq bildirirəm. Qələbəmiz bizim üçün böyük fəxrdir. Şəhidlərin də ruhu şad oldu, torpaqda rahat uyudular.

Digər çıxış edənlər- İctimai Şuranın sədr müavini Sevda Quliyeva, 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova və digərləri bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmizin inkişaf yolunda inamla irəliləmiş, mühüm nailiyyətlər əldə edib, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin oğlu cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir.

Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.