Nəsimidə ağacəkmə aksiyası – Fotolarbackend

Nəsimidə ağacəkmə aksiyası – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda “Heydər Əliyev ili” çərçivəsində abadlıq işləri davam edir.

Tribunainfo.az xəbər verir ki, eyni zamanda, rayonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası həyata keçirilib.

Məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Nəsimi rayonu Vaqif prospekti, Bakıxanov, S.Vurğun, X.Şuşinski və F.Qasımzadə küçələri boyunca 300 ədəd eldar şamı və luqustr ağacları, 50 ədəd Oleandr ağacları, 400 ədəd kiparis ağacları, 30 ədəd çinar ağacları, çoxsaylı dekorativ şam ağacları, ümumilikdə 1000-dən artıq ağac əkilib. Mövcud yaşıllıq zolaqlarında yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunub, 800-dən artıq mövsümi gül kolları əkilib. Eyni zamanda, quru ağaclar budanaraq , ümumi sanitar təmizlik işləri görülüb.

Digər yaşıllıqların bərpası istiqamətində tədbirlər davam etdirilir, rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.