Nəsimidə 8 Mart qeyd edildi – Fotolarbackend

Nəsimidə 8 Mart qeyd edildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda 8 Mart –Beynəlxalq Qadınlar günü münasibətilə Niaqara restoranında “Ulu Öndər Heydər Əliyev və Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu” adlı tədbir keçirilib.

Tribunainfo.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti, YAP Nəsimi rayon təşkilatının rəhbərləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar, şəhid ailələri və qazilərin  ailə üzvləri iştirak ediblər.

Tədbirdə Nəsimi RİH başçısı Asif Əsgərov çıxış edərək bütün qadınları təbrik edib: “Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləyib, mühüm nailiyyətlər əldə edib. Bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub.

Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur”.

Sonda RİH tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.