“Neftçi”nin futbolçusu: “Gent”in “Qarabağ”a qol vurmamasına təəssüflənirəm”backend

“Neftçi”nin futbolçusu: “Gent”in “Qarabağ”a qol vurmamasına təəssüflənirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gent”in “Qarabağ”a qol vurmadığına görə təəssüflənirəm”.

Bunu “Neftçi”nin futbolçusu Kenni Sayef Azərbaycan və Belçika təmsilçiləri arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı barədə “Nieuwsblad” nəşrinə açıqlamasında deyib.

2014-2018-cü illərdə “Gent”in formasını geyinmiş 30 yaşlı yarımmüdafiəçi qarşılaşmadan əvvəl klubun düşərgəsini ziyarət etdiyini bildirib:

“Hazırlıq vaxtı oyunçuları narahat etmək istəmədim. Amma baş məşqçi Heyn Vanhazebruku və onun köməkçilərini salamladım.

Köməkçi məşqşi Daniel Miliçeviçlə hələ də əlaqəm var. Biz əsl dostuq. Onu yenidən görmək xoş oldu”.

///sportinfo.az