Neft şirkətinə tarixi cəza: 853 milyon dollar ödəniləcəkbackend

Neft şirkətinə tarixi cəza: 853 milyon dollar ödəniləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Ədliyyə Nazirliyi Braziliyanın neft şirkəti “Petrobras”ı 853 milyon dollar cərimə edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı ABŞ ədliyyə nazirinin müavini Brayn Benkzkovski məlumat verib:
“Petrobras” şirkətinin rəhbər şəxsləri siyasətçi və siyasi partiyalara milyonlarla dollar rüşvət verib, bu məbləği investor və müfəttişlərdən gizlətmək üçün sənədlərdə saxtakarlıq edilib”.
Qeyd edək ki, 2015-ci ildə aşkarlanan bəzi faktlara görə, çox sayda millət vəkili, siyasətçi həbs edilmişdi. “Petrobras”ın səhmlərinin böyük hissəsi Braziliya hökümətinə məxsusdur. Şirkət verilən cəriməni ödəyəcəyini açıqlayıb.