NAZİRLİKDƏN TEATRA CAVAB : MAAŞ GECİKMİRbackend

NAZİRLİKDƏN TEATRA CAVAB : MAAŞ GECİKMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Dram Teatrının aktyorları bir neçə gün öncə qarşılaşdıqları çətinliklə bağlı kütləvi şəkildə Mədəniyyət Nazirliyinə videomüraciət ünvanlamışdılar.
Tribuna. Az xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında maaşların gecikməsi ilə bağlı Mədəniyyət Nazirliyi açıqlama verib.
Açıqlamada deyilir:
” Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək”.