Nazir Muxtar Babayev Misir Ərəb Respublikasının səfiri ilə görüşübbackend

Nazir Muxtar Babayev Misir Ərəb Respublikasının səfiri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim arasında tanışlıq görüşü keçirilib.

Bu barədə TİA.AZ-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Misir arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.