NATO-NUN BAŞ KATİBİ ÜÇTƏRƏFLİ GÖRÜŞLƏ BAĞLI AÇIQLAMA VERDİbackend

NATO-NUN BAŞ KATİBİ ÜÇTƏRƏFLİ GÖRÜŞLƏ BAĞLI AÇIQLAMA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Stoltenberq Türkiyə, İsveç və Finlandiya arasında martın ortalarında keçiriləcək üçtərəfli görüşlə bağlı prezident Ərdoğanla razılaşdıqlarını bildirib.

Tribunainfo.az Reuters-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq Estoniyanın Müstəqillik Günü münasibətilə Aİ Komissiyasının sədri Ursula fon der Leyen ilə bu ölkəyə səfər edib.

Paytaxt Tallinndə Estoniyanın baş naziri Kaja Kallas ilə təşkil edilən üçtərəfli mətbuat konfransında danışan Stoltenberq Rusiyanın Ukraynaya hücumundan sonra son bir ildə baş verən hadisələrdən birinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olduğunu xatırladıb.

“Ötən həftə Ankarada prezident Ərdoğanla yaxşı görüşüm oldu. Danışıqları yenidən başlamaq və mənim himayəm altında Finlandiya, İsveç və Türkiyə arasında keçən iyun ayında imzalanmış sazişin icrası ilə bağlı martın ortalarında NATO-nun mənzil-qərargahında üçtərəfli görüş keçirmək barədə razılığa gəldik” deyib.