NATO BAŞ KATİBİ İRƏVANA GƏLİBbackend

NATO BAŞ KATİBİ İRƏVANA GƏLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO baş katibinin xüsusi nümayəndəsi Yerevana səfəri faydalı adlandırıb.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, NATO baş katibinin xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvan səfərinə yekun vuraraq keçirilən görüşləri “faydalı” adlandırıb. NATO rəsmisi öz Tviter səhifəsində baş nazir, xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibi ilə görüşdüyünü yazıb.

Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, Paşinyanla görüşdə regional təhlükəsizlik məsələlərinin geniş spektri müzakirə olunub. Tərəflər Ermənistan və NATO arasında tərəfdaşlığın inkişafına toxunub, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə və Qarabağ ətrafındakı vəziyyətə toxunublar.