“AFB Bank”da əmanət faizləri aşağı düşdü – Səbəbbackend

“AFB Bank”da əmanət faizləri aşağı düşdü – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«AFB Bank» müştərilərə təklif etdiyi “Müddətli Əmanət” məhsulu üzrə faiz dərəcələrini dəyişib.

FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə xarici valyutada (USD) yerləşdirilən əmanətlərin faizlərində dəyişikliklər qeydə alınıb.

Bankın əvvəlki ayda açıqladığı “Müddətli Əmanət” məhsulunda dollarda faizlər (aylıq ödənildikdə) 1 illik əmanətlər üzrə gəlirlilik dərəcəsi 1,5%, 2 illik əmanətlər üzrə 2% və 3 illik əmanətlər üzrə 2,5% təşkil edirdisə, mayda bu göstəricilər müvafiq olaraq 1 illik əmanətlər üzrə 2%, 2 illik əmanətlər üzrə 2,15% və 3 illik əmanətlər üzrə 2,25% müəyyən olunub.

Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə gəlirlilik dəyişib belə ki, əvvəlki ayda 1 illik əmanətlər üzrə gəlirlilik dərəcəsi 2%, 2 illik əmanətlər üzrə 2,5% və 3 illik əmanətlər üzrə 3% müəyyən edilmişdi. May ayında göstəricilər 1 illik əmanətlərdə dəyişməz qalsada 2 illik əmanətlər üçün 2,25%, 3 illik əmanətlər üçün isə 2,5% həcmində müəyyən olunub.