Natiq Cəfərli: “Rəsmi Bakı  İmamoğlunu indidən hesaba qatmalıdır”backend

Natiq Cəfərli: “Rəsmi Bakı İmamoğlunu indidən hesaba qatmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyəyə diktatura, Ərdoğana diktator deyənlər bir az utansınlar, dürüst seçki keçirən, uduzduğunu qəbul edən, səsə, seçiciyə önəm verən yerdə diktatura ola bilməz”.

Tribunainfo.az məlumat verir ki, REAL Partiyasından Natiq Cəfərli belə çağırış edib. Partiya rəsmisi deyib ki, qardaş Türkiyəni ordu quruculuğunda örnək alırıqsa, təhlükəsizlik konsepsiyasında, xarici siyasətdə birgə addımlayırıqsa, idarəetmə sistemlərimizi də uyğunlaşdırmalıyıq – yerli önünüidarə sisteminə keçməli, Mer institutunu təsis edib birbaşa seçkilər keçirməli, paralel olaraq da 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirərək Valilik (Prezidentin şəxsi nümayəndəsi) institutu yaratmalıyıq.

 


“Türkiyə demokratik ölkə yolunda addımladığını göstərdi, bu seçkidən sonra Türkiyənin Qərblə yaxınlaşması sürətlənəcək, iqtisadiyyatda yaranmış problemlərin tədricən həll edilməsinə şahidlik edəcəyik. Bu seçki həm də 2028-ci ildə Türkiyənin növbəti prezident seçkilərində ən güclü namizədin adını da açıqladı – İmamoğlu. Əkrəm bəy Ərdoğanın siyasi karyerasını eyni ilə təkrarlayacaq – o da İstanbulda mer olduqdan sonra siyasətin 1 nömrəsi oldu, son 22 ildə ölkəni idarə etməyi bacardı. Azərbaycan da bunu anlamalı, dövlətlərarası münasibətlərdə İmamoğlu faktorunu indidən hesaba qatmalıdır. Bundan başqa, ümid edirəm ki, qardaş Türkiyənin demokratiyaya yaxınlaşması, Azərbaycanın Türkiyədən uzaqlaşmasına səbəb olmayacaq”.
N.Cəfərliyə görə, Türkiyədə dseçki həm də Klıcdaroğlunun ciddi məğlubiyyəti, köhnə CHP zehniyyətinin bitməyə doğru getməsi ilə yadda qaldı: “CHP getdikcə daha çox siyasi olaraq “mərkəzə” yaxınlaşacaq, “soldan” addım-addım uzaqlaşıb “mərkəz” olacaq”.

Roman