NAMƏLUM XƏSTƏLİK YAYILIB – ÖLƏNLƏR VARbackend

NAMƏLUM XƏSTƏLİK YAYILIB – ÖLƏNLƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbəbini müəyyən etmək mümkün olmayan xəstəlikdən Keniyada 9 nəfərin öldüyü bildirilib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, ölkənin şimalındakı Marsabit bölgəsində baş verən epidemiya çox sayda insana bulaşıb.

Səbəbi hələ müəyyən edilməmiş epidemiyada 3-ü körpə olmaqla 9 nəfər ölüb, 80-dən çox insan isə xəstələnib.

İlk təsbitlərə görə, epidemiyanın ağır malyariya ola biləcəyi təxmin edilir.

Epidemiyadan əziyyət çəkən insanlarda şiddətli baş ağrısı, gözlərin saralması və qrip əlamətləri müşahidə olunub.