“Müsəlmanlar Rusiyada siyasi təsir gücünə çevrilirlər” – Elxan Şükürlübackend

“Müsəlmanlar Rusiyada siyasi təsir gücünə çevrilirlər” – Elxan Şükürlü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müasir Avropa Birliyindən daha böyük coğrafiyanı əhatə edən ittifaq-dövlət modeli olan SSRİ 1991-ci ildə dağıdılmasaydı, indi dünyanın sərvətlərlə zəngin bu nəhəng nüvə dövlətinə müsəlmanlar rəhbərlik edəcəkdi. Hətta bəzi konspiroloqlar elə məhz bu gücün müsəlmanların əlinə keçməməsi məqsədiylə SSRİ-nin antiislamçılar tərəfindən yuxarıdan və bilərəkdən dağıdıldığı qənaətindədilər…”
Tribunainfo.az bildirir ki, Ədalət Partiyasının sədr müavini, siyasi analitik Elxan Şükürlü deyib. Onun sözlərinə görə, ancaq nə qədər qarşısını almağa çalışsalar da, müsəlmanlar təkcə Avropa və ABŞ-da yox, elə qonşu Rusiyada da getdikcə ciddi və mütəşəkkil siyasi təsir gücünə çevrilirlər: “Rusiyada yaşayan müsəlmanların gerçək sayı barədə rəqəmlər açıqlanmasa da, bugünlərdə Rusiya Patriarxı Kirill seçkilərlə bağlı dindarlara müraciətində məhz bu mövzuda çox mühüm bir faktın üzərinə işıq salıb.
Patriarx Rusiyada müsəlman miqrantların sürətlə artmasına diqqət çəkərək, deyib ki, Rusiya çoxəsrlik tarixində ilk dəfə pravoslav dövlətindən İslam xilafətinə çevrilmək təhlükəsiylə üzləşib: “Bir vaxtlar Konstantinopoldakı Müqəddəs Sofiyada olduğu kimi, ilk dəfə olaraq, kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəz edilməsi kimi ölümcül risk altındayıq”.
Çıxış yolunu miqrantların məcburi assimilyasiyasında görən Patriarx bildirib ki, müsəlmanları inanc və dünyagörüş baxımından özlərinə yaxın olmağa məcbur edə bilməsələr, Rusiyada məhz onların mədəniyyəti üstünlük təşkil edəcək, pravoslav kilsələri məscidlərə çevriləcək və beləcə, Rusiyanın “pravoslav nüvə”si təhlükəyə düşəcək.
Yeri gəlmişkən, o amilə də mütləq diqqət yetirilməlidir ki, hazırda Ukraynada müharibə aparan, yeni silahların sınağını keçirən Rusiya ordusunda orta və yüksək zabit heyətində müsəlmanların sayının daha çox olduğu bildirilir və döyüş təcrübəsi toplayan bu zabitlər Rusiyanın gələcək hərbi elitasının özəyini təşkil edəcəklər.
…Qədim və müdrik Çin tarixi sübut edir ki, savaşa girmədən savşı qazanmaq istəyənlər üçün səbr və dözüm cəsarətdən daha üstün keyfiyyət sayılır!”

Elxan Şükürlü