Müharibənin tarixi və yeri açıqlandı! Almaniyanın gizli sənədi sızdı

Müharibənin tarixi və yeri açıqlandı! Almaniyanın gizli sənədi sızdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Müdafiə Nazirliyindən sızan sənəddə Avropanın qiyamət ssenarisi üzə çıxıb. Bölgədə yeni müharibənin harada və nə vaxt başlayacağının yer aldığı hesabatda Berlinin planları da yer alıb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, 2022-ci il fevralın 24- də Rusiyanın Ukraynaya hücumu ilə Avropada başlayan müharibə birdən-birə bölgədə xaosa səbəb oldu.

Dünyaca məşhur brendlər Rusiyaya qarşı sanksiyalar çərçivəsində ölkədən çəkilərkən, Avropa ölkələri də hərbi tədbirlər görməyə başladı.

Müharibənin lap əvvəlində Almaniya orduya 100 milyardlıq büdcə ayırdığını elan etdi. İllərlə neytrallığı ilə tanınan Baltikyanı ölkələr NATO-ya üzv olmaq üçün yarışa başladılar.

Müharibənin ikinci ildönümünə təxminən bir ay qalmış Almaniya Müdafiə Nazirliyi vasitəsilə məxfi sənəd sızdırıldı. Bu sənəddə Berlinin Rusiya-NATO ilə mümkün müharibədə mövqeyi və taktikası var. Hesabatda Rusiyanın Belarus üzərindən açmağa çalışdığı Suvalki dəhlizində 2025-ci ildə yüz minlərlə əsgərin qarşı-qarşıya qalacağı və Avropanın getdikcə daha çox hərbi inteqrasiyaya ehtiyacı olduğu bildirilir.

“Alyansın Müdafiəsi 2025” başlıqlı ssenari, Rusiyanın 2024-cü ilin fevral ayında daha 200 min əsgər çağıraraq yeni səfərbərlik dalğasına başlaması ilə başlayır və bu əsgərlər növbəti yaz hücumunda Ukraynanın cəbhə xəttindəki mövqelərini zəiflətməyə nail olurlar.
2024-cü ilin iyul ayında Rusiya Baltikyanı ölkələrdəki rusdilli azlıqları təhrik edərkən, xüsusilə Qərbi və Şərqi Mərkəzi Avropaya qarşı gizli kiberhücumlara və hibrid müharibənin digər formalarına başlayır. Baltikyanı ölkələrdəki siyasi böhran sentyabr ayında Belarus və Qərbi Rusiyada ən azı 50 min rus əsgərinin iştirak edəcəyi “Zapad 2024” (2021-ci ildəki ilə oxşar) adlı böyük hərbi müharibəyə səbəb olur.

“X GÜN” adlı hesabatda NATO-nun bölgəyə 30 min əsgər göndərəcəyi, daha sonra bu rəqəmin 300 minə yüksələcəyi bildirilir. Ssenariyə görə, Baltikyanı ölkələrə dəstək üçün göndərilən əsgərlərin Moskva ilə qərb ölkələri arasında müharibəyə gətirib çıxaracağı bildirilmir. Hərbi ekspertlər sızmanın qəsdən edildiyini bildirsələr də, digər Avropa ölkələrinin bu hesabatla Rusiya təhlükəsini daha ciddi qəbul edəcəyi gözlənilir.

Sızma həm də vəziyyətin ciddiliyini anlamaq üçün alman xalqına bir mesaj ola bilər. Bu yaxınlarda Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin növbəti böyük münaqişəyə hazırlaşması üçün cəmi 5-8 il vaxtının ola biləcəyi ilə bağlı xəbərdarlıq edib və məcburi hərbi xidmətə də yenidən baxılmalı olduğuna eyham vurub.