Müasir dövrün təhlükəsi: Uşaqları necə qoruyaq?

Müasir dövrün təhlükəsi: Uşaqları necə qoruyaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaq yaşlarında başlayan oyun asılılığı yetkin yaşda qumar asılılığına çevrilir.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova uşaqları bu asılılıqdan xilas etməyin yollarını sadaladı.

Psixoloqun sözlərinə görə, bu gün uşaqlarımızda oyun asılılığının çox olması, hətta onların yeniyetmə və ikinci şəxsiyyət dövründə artıq psixomanyaklıq vəziyyətinə keçdiyini görə bilirik.


Hətta 4 yaşlı uşağın anası belə, övladı ilə bacara bilmir. Deməli, valideynin özünün xasiyyət qüsurundan övladında yaranacaq xasiyyət qüsuru, onun gələcəkdəki psixomanyakal pozuntuya gətirib çıxarmağına və yeniyetməlikdə artıq onun nəinki psixoloqla, birbaşa uşaq psixiatrı ilə müalicə almasına səbəb olur.

“Bu baxımdan, həqiqətən ən gözəl üsullardan biri ondan ibarətdir ki, valideynlər övladları ilə rollu oyunlar quraraq, istənilən hər bir tərbiyə növündə ən gözəl nəticəni ala bilərlər. Ona görə də mütləq şəkildə valideynlərin özlərinə uyğun olacaq və övladını necə görmək düşüncəsini dərk edərək bunun qarşısını ala bilərlər.
O ki, qaldı yeniyetmələrə, eyni zamanda imtahanlar dövrü gəlir, uşaqları müəllim yanına göndərən valideynlərin övladları belə, “Playstation” salonlarında olur. Belə klublarda qadağalar tətbiq edilməlidir. O uşaqlar evlərində ala bilmədikləri zövqü gedib orada ala bilməsinlər. Məhdudiyyət olmalıdır. Amma başa salaraq, o məhdudiyyətin öhdəsindən gələ bilsək, istənilən bütün nəticələri əldə edə biləcəyik. Biz demirik ki, tamamilə uşaqları telefon və kompüterdən uzaq tutaq. Artıq 21-ci əsrdəyik, zəmanəyə uyğun ayaqlaşmamız var. Oradan öyrəndiyimiz bilgilər belə, bəzən bir müəllimin dediyindən 2 dəfə artıq nəticə verir. Amma sadəcə olaraq, insanlarda şəxsiyyət qüsuru formalaşmasın deyə, onu sistemli şəkildə, psixi xüsusiyyətinə uyğun olaraq uşağın alt şüurunda müəyyən bir proqramlaşma edirik və ona uyğun da məsuliyyətli valideyn davamlı olaraq buna əməl etməlidir”.

Dəniz Pənahova