Moskvaya PUA ilə hücum edildibackend

Moskvaya PUA ilə hücum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətinin Podolsk şəhərində hava hücumundan müdafiə qüvvələri PUA-nın hücumunu dəf edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

“Bu gecə Podolsk şəhərində hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan pilotsuz uçuş aparatının hücumunu dəf edib. PUA-nın düşdüyü yerdə, ilkin məlumatlara görə, dağıntı və tələfat olmayıb. Fövqəladə hallar xidmətinin mütəxəssisləri hadisə yerində işləyirlər” – deyə Moskva meri telegram kanalında yazıb.

Rusiya Müdafiə Nazirliyi Moskvaya və Leninqrad vilayətinə PUA hücumları barədə məlumat yayıb. Bildirilib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayətində bir Ukrayna PUA-sını vurub, Leninqrad vilayətində isə bir PUA ələ keçirilib.