MİRZOYANIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ SURİYAYA GƏLİBbackend

MİRZOYANIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ SURİYAYA GƏLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Suriyaya gəlib.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Dəməşq hava limanında Ermənistan xarici işlər nazirini Suriyanın xarici işlər naziri Feysəl Əl Mekdad qarşılayıb.

Hazırda Ermənistan və Suriya xarici işlər nazirləri arasında təkbətək söhbət gedir.

Ararat Mirzoyan Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə də görüşəcək, daha sonra Hələbə gedəcək.

Qeyd edək ki, Mirzoyan Suriyaya dağıdıcı zəlzələdən sonra humanitar yardımın üçüncü partiyasını çatdırmaq üçün gəlib.