“Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb ərə gedir”backend

“Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb ərə gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Rövşanə Ağasəfqızı verilişində qızlara qoyulan qadağalardan, ayrıseçkilikdən danışıb.

“Oğlan uşaqları azaddır. Amma qız uşaqlarına ciddi bir qadağa, fərqli münasibət var. Düşünün, vətəndaş nikahı ilə yaşayan, münasibətdə olan qıza mentalitet tərəfdən necə yanaşırlar. Bunu gətirib əxlaq tərəfinə bağlayacaqlar. Amma bunun fiziki, tibbi tərəfləri var. Nə qədər doğrudur? Mən də övladımı elə böyüdürəm, amma… Qızların qaş alma prosesi yaxın illərdə baş verdi. Məktəb vaxtımızda bığlı, saqqallı gəzirdik. 30 yaşlı qız ailə həyatı qurmayıb, nə etməlidir? Qızın bu yaşda uşaq dünyaya gətirmə istəyi belə dəhşət qarşılanır. Toy etməmisən, necə uşaq dünyaya gətirə bilərsən? Yalandan get toy et, birini gətir otuzdur yanında. Oğlan uşağı azaddır. Qız bu cür addım atsa, gizlin etməlidir. Açıq-aşkar etsə, gətirib əxlaqa bağlayacaqlar. 30 yaşı var, qadın addım atsa, cəmiyyət daşlayacaq. 25-30 yaşındakı bir qadın ailə qurmayıbsa, qadının dünyaya uşaq gətirməsi, kiminləsə münasibət qurması olmaz. Bəzən yalandan don geyindiririk. Öz həyatını yaşayanlar var. “El-aləm nə deyər” düşüncəsi ilə gizli edilir. Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb gəlin kürsüsündə oturanlar var. Bu yalanı niyə sırıyırıq axı?”.