MEYMUN ÇİÇƏYİ QONŞUMUZDA… AZƏRBAYCANI NƏ GÖZLƏYİR? – İNFEKSİONİSTDƏN AÇIQLAMAbackend

MEYMUN ÇİÇƏYİ QONŞUMUZDA… AZƏRBAYCANI NƏ GÖZLƏYİR? – İNFEKSİONİSTDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada yayılan hər hansı bir xəstəliyin bizim ölkəyə gəlməsi mümkündür”. Bunu TİA.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib. Onun sözlərinə görə, hətta bir ölkə ilə belə sərhədlərin açıq olması istənilən virusun ölkəyə gəlməsinə səbəb ola bilər:
“Meymun çiçəyinin inkubasiya dövrü orta hesabla 6-13 gündür, lakin 5-21 gün arasında da dəyişə bilər. Xəstəliyə yoluxmuş şəxslərdə xəstəlik özünü halsızlıq, qızdırma, baş və əzələ ağrısı, üz və ətraflarda, ovuc və ayaq altında, bəzi hallarda ağız boşluğu, cinsiyyət orqanı və konyunktivada səpgilər, limfa düyünlərinin böyüməsi ilə göstərir və 2-4 həftə davam edir.

Ölüm təhlükəsi əldə olan məlumatlara görə çox aşağıdır. Yəni ki, hələ ciddi ölüm təhlükəsi ilə üz-üzə deyilik. Müalicəsi isə sırf simptomatik gedir. Hələ ki, xəstəliyə qarşı əlimizdə xüsusi bir dərman preparatı yoxdur. Koronavirus tez-tez mutasiyaya uğrayan virus olduğu üçün pandemiya və sərt karantin rejimi tələb edirdi. Bu virusda isə mutasiyalar haqqında məlumat yoxdur. Yəni istənilən halda tez-tez mutasiyaya uğramayan bir xəstəlikdən qorunmaq daha asandır nəinki koronavirus kimi bir xəstəlikdən. Meymun çiçəyində belə bir təhlükə hələ ki, görünmədiyi üçün müəyyən qorunma tədbirləri ilə qarşısı alına bilər”.
Qeyd edək ki, Gürcüstanda meymun çiçəyi xəstəliyi aşkarlanıb, bizdə hələ qeydə alınmayıb.

Aytac

TİA.Az