“MƏŞQÇİ İMKAN VERMƏYİB Kİ, YOLDAŞIM OĞLUMUN ÖLDÜYÜNÜ MƏNƏ DESİN…” – ATADAN ŞOKbackend

“MƏŞQÇİ İMKAN VERMƏYİB Kİ, YOLDAŞIM OĞLUMUN ÖLDÜYÜNÜ MƏNƏ DESİN…” – ATADAN ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda məşqçinin qəddar və vəhşi münasibəti səbəbindən ölən 7 yaşlı Fərid Bakarovun öldüyünü atasına deməyə məşqçi imkan verməyib. Azyaşlının anası uşağın atasına zəng etmək istəyən zaman məşqçi Mehman Xəlilov telefonu onun əlindən alıb.

Tribunainfo.az xəbər verir ki, uşağın atası Eyvaz Bakarov oğlunun ölümündən bir gün sonra xəbər tutub. O, “qlobalinfo.az”a müsahibəsində bildirib ki, bu barədə o arvadının qohumlarından xəbər alıb. O özü keçmiş yoldaşının qohumlarına zəng edərək oğlunun öldürüldüyünü öyrənib:

“Oğlumun öldüyünü anası zəng edib mənə bildirmək istəyəndə məşqçi onun əlindən telefonu alıb. Axı məşqçi kimdir, nə dərəcə yaxınsınız ki, qatil sənin əlindən telefonu almağa cürət edir?! Mənim oğlum bu münasibətin qurbanı olubsa, bunu belə qoymaram. Bu işdə səbəbkarı da həbs etdirərəm. Əgər belə bir şey olarsa, Ziyanı (böyük oğlu) məhkəmə yolu ilə alacam”.

E.Bakarovun mətbuatda keçmiş xanımı haqqında yazılanlar barədə danışmaqdan imtina edərək bildirib ki, müzakirə edilməli məsələ oğlunun hansı səbəbdən öldürülməsidir:

“İstəməzdim ailəm dağılsın. Ancaq o tək mənim deyil, öz atasının da başını aşağı etdi. Keçmiş xanımım yas saxlamaq əvəzinə, çıxıb haqqımda açıqlamalar verir ki, guya onlara baxmamışam. O, utanıram da deməyə… Başqa oğlanla qəzaya düşəndə, demişdi guya taksidə baş verib və sürücü ölüb. Övladlarıma görə, keçmişdə də olsa ailəm olduğuna görə, ona 300 və 500 manat pul göndərdim. Lakin qəza törədən oğlanın anası mənə zəng edəndən sonra hər şey aydın oldu ki, əslində, məsələ Aynurənin dediyi kimi deyil. Adam həya edib çox söz danışa bilmir sadəcə. Nə ona, nə mənə yaraşmır ki, balamız öldürülüb, biz isə bir-birimizi müzakirə edirik. Biz bir şeyi müzakirə etməliyik, o da oğlumuzun hansı səbəbdən öldürülməsi”.