MƏŞHUR MƏMMƏDOV: ERMƏNİSTAN SÜLHƏ RAZILAŞMASA, ÖZ MİSKİN SONLUĞUNA TAMAŞA EDƏCƏKbackend

MƏŞHUR MƏMMƏDOV: ERMƏNİSTAN SÜLHƏ RAZILAŞMASA, ÖZ MİSKİN SONLUĞUNA TAMAŞA EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezident son çıxışında da bir daha qeyd etdi ki, Minsk qrupu cansızdır, ölüdür, yəni onu diriltmək cəhdi əhəmiyyətsizdir. Ona görə Ermənistan sülh müqaviləsindən yayınmaq üçün müxtəlif bəhanələr gətirməsinə baxmayaraq, reallıqla gec-tez barışmalı olacaq”.
Bu sözləri TİA.Az-a deputat Məşhur Məmmədov Paşinyan hakimiyyətinin sülh sazişi ilə bağlı sərgilədiyi mövqe haqda danışarkən deyib. Millət vəkili hesab edir ki, Azərbaycan 5 bəndlik sülh təklifi ünvanlayıb və Ermənistan razılaşmadığı təqdirdə, öz miskin sonluğuna tamaşa edəcək:
“İrəvan Türkiyə və Azərbaycanla əlaqələri qurmadan Avropaya çıxa bilməyəcək. Ordumuzun qarşısına çıxacaq bir ordusu da yoxdur, o halda kimə və nəyə güvənərək sülhdən boyun qaçırır, prosesi uzadırlar? Görünür, Ermənistanı yenə də aldadırlar, vədlər verirlər. Ancaq hər bir halda sülh sazişi olmadan Ermənistanın normal inkişafı mümkün olmayacaq. Sülhü ən çox ermənilər istəməlidir”.
M.Məmmədovun fikrincə, kənar təsirlər olmasa Azərbaycanla Ermənistan ikitərəfli danışıqlarla bir sıra məsələlərin həllinə nail ola bilər. Millət vəkilinin sözlərinə görə, revanşistlərin mitinqləri də səmərə vermədi və erməni cəmiyyəti anlayır ki, sülhün alternativi yoxdur: “Ermənistan sərhədlərin müəyyən edilməsində addımlar atmaqdan yayınır, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizi ilə bağlı hələ də real iş görmək istəmir. Görünür ki, sülhə məcburetmə təcrübəmizdən istifadə etmək lazım gələcək. Onlar unudurlar ki, “Dəmir yumruq” indi daha da güclənib”.

TİA.Az